logo

trugen jacn

PROF.DR.AHMET BİCAN ERCİLASUN’UN YAZISI : ÇARESİZLİYİN ŞEİRİ(AZERBAYCAN TÜRKÇESİ)

Ülkemizin önde gelen Mütefekkirlerinden, ünlü Türkolog Bilginimiz Prof.Dr.Ahmet Bican Ercilasun Hocamız kendisi gibi bir bilim adamı olan ve 3 yıldır,Doğu Türkistan’daki bir Çin Nazi Kampında tutulan Uygur Türkü Prof.Dr.Abdulkadir Celaleddin hakkında yazdığı Çarisizliğin Şiiri adlı yazısı Uygur Türkçesinden sonra Azerbaycan Türkçesine de çevrilerek 28 Aralık 2020’de başkent Bakü’de yayınlanan 525-Cİ QAZET adlı bir gazetede yayınlanmıştır.Sayın Hocamızın bu çok önemli yazısını Azerbaycan Türkçesine çevirerek yayınlayan Aziz Dostumuz Elçin İBRAHIMOV’a çok teşekkür ederiz.

Prof.Dr.Ahmet Bican ERCİLASUN

2018-ci ilin soyuq qış gecəsi. Urumçinin tənha küçələrindən birində işıqları sönməkdə olan köhnə bir ev. Əbdülqadir Calalidin iş otağından yenicə çıxıb, yataq otağının son işığını söndürür. Son günlər nə qədər sıxıntılı keçmiş olursa-olsun, yatağaında az da olsa təskinlik tapacaqdı. Bəlkə də övladları ilə bağlı azadlıq yuxusu görəcəkdi. Fəqət lənət olası o toxmaqlar onun da qapısını döyür. Qapı döyüntüsünün təsirindən köhnə ev az qala dağılacaqdı. Qonşu evlərin işıqları sönür. Yuxuya yenicə getmiş olanlar gözlərini ovaraq açır, ancaq əlləri lampaların düyməsinə getmir. Evlər qaranlıq, pəncərələr qapqara. Əbdülqədir yavaşca qapını açır və özünü zülmət qaranlığın içində görür. Qara bir çuvalın içinə soxulmuş başını tərpətmək istəyir ancaq dəyənəklərlə başına vururlar. Bir maşının içinə aparıldığını hiss edir və son eşitdiyi səs bir maşın səsidir.

Əbdülqadirin gözləri qaranlığa çətinliklə öyrəşir. Soyuq, zülmət və yanlız bir otağın küncünə atılmışdır. Neçə-neçə uyğurun başına gələn, indi onun da başına gəlir. Deməli günlərdən bəri söylənilənlər doğru imiş. İnsanların bir-bir yoxa çıxması (həps edilməsi) haqqında deyilənlər doğru idi. Atalarından xəbər almayan uşaqlar, həyat yoldaşlarından xəbər almayan qadınlar və bu kimi xəbərlər doğru imiş. İndi artıq Əbdülqadirdən də xəbərləri olmayacaqdı. Hara aparılması, harda olmasını heç kim bilməyəcəkdi.

Əslində bu ilk belə hadisə deyildi. Bu hadisələr bir müddətdir dünyanın unutduğu Kaşğarda, Xotanda, Ağsuda, Urumçidə və Turfanda baş verirdi. İnsanlar evlərindən və iş yerlərindən gözlənilməz bir anda aparılır; düşərgələrdə və həbsxanalarda saxlanılırdı. Urumçi Pedaqoji Universitetinin müəllimi Əbdülqadir Calalidin, üç ilə yaxındır, ailəsindən və övladlarından xəbər ala bilmir. Ailə də onun harada olduğunu bilmirdi.

Əbdülqadir bir alimdir, elm adamıdır. Ancaq eyni zamanda bir şairdir. Üç illik həsrət ürəyinə nüfuz etmiş və hətta sümüklərinə qədər işləmişdi. Şeir yazır, bu şeirlərini bəlkə də qəzet parçasına və ya çörək bükülmüş kağız parçalarına yazırdı. Və o kağız parçalarına yazılan şeirlər birtəhər azad dünyaya uçur. Şeir qanadlıdır, dünyanın unutduğu yerlərdən, dünyanın eşitmədiyi ağrılardan xəbər çatdırır. Şeir qanadlanır, ürəklərə və dillərə düşür. Gözəl uyğur qızı Müqəddəs Mijitin dilindən canlanır. Müqəddəs Xanım şeiri sakit üzü ilə, ancaq ürəyinin titrək telləri ilə səsləndirir:

Qayıdışım yox

Bir küncdə yanlızım, sevdiyim yox,
Gecələri qara basdı, tilsimim yox,
Bu həyatdan başqa, heç bir istəyim yox,
Səssizlikdə xəyallar əzdi, çarəm yox.

Mən kim idim, nə oldum, bilmədim,
Kimə deyim ürək sözümü deyə bilmədim,
Bəlkə də taleyin işini anlamadım,
Yara gəlmək istərdim, qərarım yox.

Fəsilləri gördüm çatlar arasından,
Heç bir xəbər ala bilmədim çiçəklərdən,
Bu həsrətlər keçib getdi sümüklərimdən,
Necə bir yer bura, qərarım var, yolum yox.

(Şeiri uyğurcadan Türkiyə türkçesinə çeviren: Əhməd Bican Ercilasun, Azərbaycan türkcəsinə uyğunlaşdıran Elçin İbrahimov)  

Şair şeirində “yanarım-qayıdışım yoxdur” deyir. Doğma yurdunu, evinə, sevdiklərini görmək istəyir ancaq bu mümkün deyil; “yanarı” yəni dönüşü-qayıdışına ümidi yoxdur. İllərdən bəri elə bir yerə atılmışdır ki, ancaq divarlardakı çatlaqlardan fəsillərin keçdiyini görür. Evindən, yuvasından xəbər ala bilmədiyi kimi, zindan divarlarının açan çiçəklərdən də xəbər ala bilmir. Çəkdiyi bu həsrətlərin artıq sümüklərindən keçib getdiyini, yox olduğunu söyləyir. Bir insan, bəli canlı, qanlı bir insan zülmət bir soyuq, qaranlıq otaqda sanki qurudulmuşdu.

“Həsrətin sümüklərini dəlib deşməsi…” Zidandakı yanlızlıq və xəbərsizlik bundan başqa, bundan ağır necə ifadə edilə bilər ki!… “

“Mən kim idim, indi nə oldum, bilmirəm”.  İnsanların kimliklərini əlindən alan qəddar bir sistemlə üz-üzə qalmaq… Düz 1288 il əvvəl Bilgə Xaqan bu kodu kəşf etmiş və ona “uruqsıratmaq” adını vermiş, yəni “soyunu qurutmaq”. 732-ci il genosid anlayışının bəlkə də dünyada ilk dəfə istifadə edildiyi ildir.

Əbdülqadir Calalidin indi ona “pelenkin huy peyli” yəni “fələyin işi” deyir. Buradakı “fələk” minlərlə ildən bəri daşıdığı xasiyyəti, xisləti dəyişməyib. Dünyanın gözü qarşısında insanları qaranlıq zindanlarda unudulmağa tərk etməkdə, insanlara milli kimliklərini unutdurmaqdadır:

“Mən kim idim, nə oldum bilmədim.” Ürək sözümü kimi söyləyim, kimə dərdimi danışım deyə bilmədim…” – deyir şair. Ürəyimdəki sözləri heç kimə söyləyə bilmədim. Bura necə bir yer, bu necə bir zülmət qaranlıq, bu necə yanlızlıq, “qandaq yer bu?” Dünyada belə bir yer varmı? Bax orda var; Kaşğarda, Urimçidə, Turfanda…

Artıq xəyal da qura bilmir şair. Xəyalları altında əzilmişdir. Belə bir şey mümkünmü? İnsanın xəyallarının yox edildiyi bir yer ola bilərmi? Elə bir səssizlik ki, sadəcə həyatını xilas etmək istəyir şair. Heç bir əməli, heç bir arzusu, hətta heç bir xəyalı yoxdur. Həsrətləri, arzuları onsuzda sümüklərini dəlib keçib. Belə desək də Əbdülqadir, onun duyğuları tarmar olub bir qara deşiyə çevrilmiş və səmanın boşluqlarından dünyamızın digər tərəfindəki kar qulaqlara çatmışdır.

Şeirinin adı “Yanarım yox”. Məncə, bu şeir XXI əsrin şah əsərlərindən biridi. XXI əsrdəki zülmü dünyaya çatdıran (duyuran) gələcək nəsillərə çatdıran bir şah əsər. İnsanlığın ölmədiyini, duyğuların öldürülmədiyini, şeirin hələ də nəfəs aldığını göstərən bir şah əsərdi. Dünyadakı müstəqil Uyğur təşkilatları bu şeiri yaymalı və hətta Əbdülqadir Calalidini Nobel mükafatına namizəd kimi irəli sürməlidilər.

Bəli, zülmət və qaranlıq bitmədi. Fəqət duyğular da bitmədi, şeir də bitmədi. Şairin geri qayıtmağa yolu “yanarı” olmasa da, şeir yaşamağa davam edir.

“Ürək sözünü eşitdim Əbdülqadir, dünyanın da eşidəcəyinə inamım, ümidim var”.

Azərbaycan dilinə uyğunlaşdıran: Elçin İBRAHİMOV

Makaleyi Seslendiren : Mammed SEFA

Share
222 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ